Muxtar Babayev: Dövlətlər müharibələrdən qorunma yolları axtarırlar, lakin iqlim dəyişikliyi artıq bir reallıqdır

17 min nəfərə şamil edilən amnistiya aktı 4 bölmə və 45 hissədən ibarətdir
XİN: Azərbaycan BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə yardım edib
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

Xüsusilə inkişaf etməkdə olan dövlətlərə iqtisadiyyatlarını bərpa etmək, böyük fəlakətlərdən sonra sosial həyatlarını yenidən qurmaq üçün maliyyə dəstəyi göstərmək əsas məqsəddir. Dünya siyasətçiləri indi əsasən bununla bağlı töhfələrin prioritetləşdirilməsi barədə düşünürlər.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə” mövzulu panel iclasda çıxışı zamanı deyib.

Təhlükəsizlik, müdafiə və hərbi çağırışların ölkələri bu istiqamətlərə getdikcə daha çox vəsait ayırmağa vadar etdiyini diqqətə çatdıran M.Babayev dövlətlərin müharibə və münaqişələrdən qorunma yollarını axtardıqlarını deyib. Bildirib ki, iqlim dəyişikliyi isə artıq bir reallıqdır və biz hamımız bu dəyişikliklərlə üz-üzəyik.

“Bəli, biz bu şəraitə uyğunlaşmalı, eyni zamanda, investisiya yatırmalıyıq. Maliyyələşmə mütləqdir, çünki lazımi vəsait olmadan atdığımız addımlar və fəaliyyətimiz, təəssüf ki, yetərincə səmərəli nəticə verməyəcək”, – deyə M.Babayev əlavə edib.

AZƏRTAC