İstanbulda Türkiyənin təşəbbüsü ilə Qəzza Zirvəsi başlayıb

Avrasiya Dağ Kurortları Festivalı gələn il Azərbaycanda keçiriləcək
Azərbaycan Prezidenti: Ermənistanda revanşizmin və onun silahlandırılmasının dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır
AVCİYA prezidenti Elxan Süleymanov: “Əziz Şuşamız həm də beynəlxalq tədbirlər məkanına çevrilir”

İstanbul şəhərində Türkiyənin təşəbbüsü ilə Qəzza Zirvəsi başlayıb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edir. Tədbirdə Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri iştirak edirlər.

Müzakirə masasında Qəzzada atəşkəsin daimi xarakter alması və humanitar yardımların artırılması məsələləri dayanır.

Görüş zamanı həmçinin Fələstin xalqının qanuni hüquqlarının və iki dövlətli həll yolunun qorunmasının əhəmiyyətinə də toxunulacağı gözlənilir.

Report