Comart Otorbayev: Azərbaycan Avropa ilə Asiya arasında əsas tranzit körpüsüdür

“Heydər Əliyev və multikultural dəyərlər” mövzusu müzakirə olundu
Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub
Erməni işğalçıların viran qoyduğu yurd yerlərimiz

Azərbaycan siyasi qeyri-sabitlik şəraitində Avropa və Asiyanın nəqliyyat bağlantısının təmin edilməsində mühüm rol oynayır.

“Report”un məlumatına görə, bunu Qırğızıstanın keçmiş baş naziri Comart Otorbayev (2014-2015) XIII Qlobal Bakı Forumunda bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz layihəsinin hərəkətverici qüvvəsi Çin və Avropa arasındakı ticarətdir: “Bu, nəhəng ticarət dövriyyəsidir. Qismən ona görə ki, Qırmızı dəniz ətrafındakı hadisələrlə (Yaxın Şərqdəki eskalasiya – red.) əlaqədar dəmir yolu daşımaları dəniz daşımalarından daha ucuz olub”.

Report