ADY bayram günlərində daşınan sərnişinlərin sayını açıqlayıb

Azərbaycan və Türkiyə üçün birgə yeni iqtisadi layihələr perspektivi ortaya çıxıb
Sərhəddə COP29 vizası ilə gələn əcnəbilər üçün yoxlanış 45, Azərbaycan vətəndaşları üçün 30 saniyə nəzərdə tutulub
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 19-30 mart tarixlərində 212 mindən çox sərnişin daşıyıb.

Bu barədə “Report”a ADY-dən məlumat verilib.

Bildirilib ki, rayonlararası sərnişindaşımada Bakı-Qazax-Bakı (o cümlədən Bakı-Ağstafa-Bakı əlavə reysləri) marşrutu üzrə 21 963 nəfər daşınıb.

Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı qatarlarından ümumilikdə 8 984 sərnişin istifadə edib.

Eyni zamanda, Bakı-Ağdam-Bakı marşrutunda isə bu göstərici 1 561 nəfər olub.

Report