İçməli və tullantı su təchizatına qoşulma üçün tələb olunan sənədlər açıqlanıb

Prezident İlham Əliyev Qəbələdə TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb
Əli Əsədov: “Abşeron” yatağından qazın Türkiyəyə ixracı ilə bağlı danışıqlar aparılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib

Tikinti obyektlərinin su və tullantı su təchizatına qoşulmasını özündə əks etdirən qaydalar 2024-cü ilin oktyabrından qüvvəyə minib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə həmin ilin iyununda təsdiqlənmiş qaydalar vətəndaşların təchizata qoşulmasını kifayət qədər asanlaşdıraraq səmərəli mühitin yaradılmasını ehtiva edir.

Bu qaydalarla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti mütəmadi olaraq ictimaiyyətə maarifləndirici məlumatlar təqdim edir.

Bu dəfə təqdim edilən məlumatda su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma üzrə tələb olunan sənədlərin siyahısı ilə tanış olmaq mümkündür.

AZƏRTAC