AVCİYA-dan referendum bəyanatı

“Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Prezidentin köməkçisi: “Beynəlxalq ictimaiyyət Azərbaycanla Ermənistan arasında böyük fərqi bir daha görəcək”
Narkoloji Mərkəzdəki yanğında 24 nəfər ölüb

Sentyabrın 27-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) referendumla əlaqədar hesabat konfransı keçirib.

AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, təşkilat 3 min müşahidəçi ilə referendumun monitorinqini aparıb. Avqustun 26-dan başlayaraq qurum bölgələrdə referendumla bağlı seminar keçirib.

Referendum günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı ilə bağlı ilkin məlumatlar gün ərzində beş dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da) AVCİYA Seçki Qərargahında fəaliyyət göstərən operatorlar tərəfindən toplanaraq ictimaiyyətə təqdim edilib. Bundan başqa, Assosiasiya referendum günü saat 21:00-da səsvermənin nəticələri ilə bağlı özünün ilkin məlumatını ictimaiyyətə bildirib. Referendum günü müşahidəçilər seçicilərlə sorğu aparıb. Həmin sorğu əsasən seçici fəallığı və qanun pozuntusunun olub-olmaması ilə bağlı olub.

Sonra təşkilatın bəyanatı oxunub. Bəyanatda deyilir ki, AVCİYA referendumun Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq şəffaf və ədalətli keçdiyini, ictimai-siyasi mühitin əvvəlki illərlə müqayisədə daha konstruktiv, daha stabil və demokratik olduğunu bildirir.

Assosiasiya referendumun Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunması, dövlət təhlükəsizliyi və müdafiəsinin daha səmərəli təşkili, insan haqlarının müdafiəsi, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlətimizin daha da güclənməsi, vətəndaş cəmiyyətinin daha da inkişafında mühüm mərhələ olduğunu bəyan edir.

AzVision.az