Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb.
“Report” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Aviasiya Akademiyasında tələbələrlə görüşdə deyib.
Onun sözlərinə görə, Azərbaycan Baş Prokurorluğu gündən-günə əməkdaşlıqlarını genişləndirir:
“Azərbaycan Prokurorluğu intensiv beynəlxalq əməkdşalıqlar qurur. TDT, MDB, Avropa İttifaqı və Beynəlxalq Prokurorlar Assosiasiyasını buna misal göstərə bilərik”.
Kamran Əliyev Monqolustanla əlaqələrə diqqət çəkərək qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq üçün potensial mövcuddur:
Qeyd edək ki, Monqolustanın Baş prokuroru Jarqalsayxan Banzraqçı hazırda Azərbaycanda səfərdədir.
Report