Seçkidə ciddi qanun pozuntusu qeydə alınmayıb

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası Cəlilabad rayonunda təşkil olunacaq
Ombudsman Ermənistanın muzdluları barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) bəyanatında noyabrın 1-də parlament seçkilərinin ədalətli və şəffaf keçdiyi, seçki mühitinin əvvəlki illərlə müqayisədə daha sabit, konstruktiv və demokratik olduğu bildirilir.

Bu seçkilərin Azərbaycan dövlətinin daha da güclənməsi, vətəndaş cəmiyyəti quruculuğunda mühüm mərhələ olduğu vurğulanır.

AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı keçirdiyi mətbuat konfransında deyib ki, qurum 63 dairə seçki komissiyası üzrə müşahidə aparıb. Bu işin təşkili prosesində regionlarda AVCİYA təlimçilərinin iştirakı ilə seminarlar keçirilib, “Müşahidəçilər üçün yaddaş” kitabçası nəşr edilərək paylanılıb. AVCİYA qərargahının üzvləri seçki ərəfəsində Avropa Şurası və digər beynəlxalq müşahidə missiyaları ilə görüşlər keçirib.

Qeyd edilib ki, seçki günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı ilə bağlı ilkin məlumatlar gün ərzində 5 dəfə AVCİYA Seçki Qərargahında fəaliyyət göstərən operatorlar tərəfindən toplanaraq ictimaiyyətə təqdim edilib. Bundan başqa, qurum seçki günü saat 21.00-da nəticələrlə bağlı ilkin məlumatını ictimaiyyətə çatdırıb. Ölkə üzrə bəzi ərazilərdə texniki çatışmazlıqlardan başqa elə bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Qeydə alınam bəzi xırda çatışmazlıqlar az sayda məntəqələri əhatə edib və buna görə də seçkinin nəticələrinə təsir etmək gücündə olmayıb.

azvision.az