Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda görüşməyi planlaşdırırlar

Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub
Ötən il sosial sahə üzrə 711 min elektron arayış verilib
Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüşməyi planlaşdırırlar.

“Report” xəbər verir ki, bunu Ararat Mirzoyan “Azadlıq Radiosu”nun sualını cavablandırarkən bildirib.

“Biz BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşməyi planlaşdırırıq. Hələlik yekun razılaşma yoxdur, bu, qrafiklərdən asılıdır”, – Mirzoyan deyib.

Qeyd edək ki, sentyabrın 8-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb. Sessiya çərçivəsində sentyabrın 22-də dövlət və hökumət başçılarının çıxış edəcəyi yüksək səviyyəli həftə başlayacaq.

Report