2026-cı ilin ilk 8 ayında Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 3,2 milyard dollardan çox olub

Saat 15.00-a olan məlumata görə səsvermədə fəallıq 39,23 faizdir
Prezidentin köməkçisi: Ermənistan Konstitusiyası ilə bağlı məsələləri aradan qaldırdıqdan sonra sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşa bilər
Azərbaycanda ötən il orta illik inflyasiya 6 %-ə yaxın olub

2026-cı ilin ilk 8 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 3,2 milyard dollardan çox olub.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat üçün brifinqdə deyib.

O, iki ölkə arasında mövcud münasibətləri tənzimləyən xüsusi formatların mövcud olduğunu vurğulayıb:

“Strateji Əməkdaşlıq Şurası, siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq komissiyası və digər müstəvilərdə bu əməkdaşlıq mövcuddur”.

Nazir işğaldan azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin fəaliyyətini də yüksək qiymətləndirib.

C.Bayramov əlavə edib ki, hazırkı mərhələdə iki ölkə arasında çox böyük perspektivə malik və növbəti onilliklərə yönəlik layihələr var:

“Bu kontekstdə işlər aparılır. Həmin layihələr içərisində Azərbaycanda istehsal edilən alternativ enerjinin Qara dəniz üzərindən daşınması, burada Türkiyənin iştirakını, eləcə də Naxçıvanı Türkiyə ilə birləşdirən yeni enerji kabelini qeyd etməliyəm. Bu layihə nəinki Azərbaycan və Türkiyə üçün, Avropa bazarı üçün çox böyük potensiala malikdir”.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında nəqliyyat sahəsində də mühüm layihələr həyata keçirilir.

Nazir onu da bildirib ki, iki ölkənin hökumətlərarası komissiyasının iclaslarına böyük önəm verilir: “Burada humanitar, gənclər, idman və digər sahələr üzrə əməkdaşlığa dair müzakirələr aparılır”.

Report