Kamran Əliyev: Azərbaycanlılara qarşı müharibə cinayəti törətmiş şəxslərə layiqli cəzalar verilib

Əli Əsədov: Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir
“Airbus” şirkəti ilə “Azərkosmos” arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib.

“Report” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycam Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Baş Prokurorluqda tədbirdə deyib.

O bildirib ki, əməkdaşlar istər müharibə dövründə, istərsə də müharibədən sonrakı mərhələdə erməni silahlı birləşmələri tərəfindən mülki əhaliyə və infrastruktura vurulmuş ziyanın, habelə törədilmiş digər cinayətlərin müəyyən edilməsi, araşdırılması və ictimaiyyətə çatdırılması istiqamətində var qüvvələri ilə çalışıblar:

“Həmin işlər üzrə təqsirləndirilən şəxslərə prokurorluğun iştirakı ilə məhkəmələr tərəfindən layiqli cəzalar verilib”.

Baş prokuror İkinci Qarabağ müharibəsindən qazanılan uğurlarda prokurorluq əməkdaşlarının da mühüm rol oynadıqlarını qeyd edib.

K.Əliyev, həmçinin bildirib ki, ötən dövr ərzində prokurorluq orqanları qarşısında Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş vəzifələrin icrası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib:

“Bu müddət ərzində peşəkar və layiqli kadrların vəzifədə irəli çəkilməsi təmin edilib, prokurorluq əməkdaşlarının maddi-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib, orqanların maddi-texniki bazası əsaslı şəkildə yenilənib”.

Report