AŞPA məruzəçisi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvləri ilə görüşüb

Xocavəndli məcburi köçkünlər Cənubi koreyalı həkimlər tərəfindən müayinə və müalicə olunurlar
Düşmən Tərtərə 20-yə yaxın top mərmisi atıb
İslam Konfransı Təşkilatı – # 10/30-C

“Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə AŞPA məruzəçisi Meliça Markoviçin Azərbaycana növbəti səfəri başlayıb.

Məruzəçi və onu müşayiət edən müstəqil ekspert Stiliani Lidia Vamvakeriounun də daxil olduğu beş nəfərlik nümayəndə heyəti ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) üzvlərinin görüşü olub.

Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə Sərsəng su anbarının Ermənistanın işğalı altında olması səbəbindən onun təsiri altında olan Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarının sosial-iqtisadi vəziyyətində baş verən dəyişikliklər, bu regionda yaşayan əhalinin içməli su çatışmazlığından əziyyət çəkməsindən danışılıb. Habelə son 20 ildə su anbarına texniki xidmət göstərilməməsi nəticəsində onun aşağı axımında yerləşən ərazilərin 400 min nəfərlik əhalisi üçün ciddi təhlükə yaranması məsələləri müzakirə edilib. Bu məsələlərlə bağlı vətəndaş cəmiyyətinin ciddi narahatlığı ifadə olunub.

Xatırladaq ki, Sərsəng su anbarı ilə bağlı məsələ ilk dəfə 2013-cü ilin mayında AVCİYA-nın “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsinin icrasına başlaması ilə gündəmə gətirilib. Milli Məclisin deputatı Elxan Süleymanovun AŞPA-ya təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında 2014-ci il mayın 12-də bosniya və herseqovinalı deputat Meliça Markoviç məsələ ilə bağlı məruzəçi təyin edilmişdi.

Səfər çərçivəsində, həmçinin Bakıda bir sıra dövlət rəsmiləri ilə görüşlər keçiriləcək, regiona səfər ediləcək və rayonların bir sıra qurumları, eləcə də yerli icmaları ilə görüşlər baş tutacaq.