“332 onlayn” saytında “Azərbaycan vətəndaşları Sərsəng su anbarı ilə bağlı Avropa İttifaqının tədbir görməsi üçün müraciətlər edirlər” sərlövhəli məqalə dərc olunmuşdur

AŞPA-nın Sosial Məsələlər Komitəsində Sərsəng su anbarının yerləşdiyi bölgədən Ermənistan silahlı qüvvələrinin dərhal geri çəkilməsini tələb edən qətnamə qəbul edildi
Azad edilən ərazilərdə təmizləmə əməliyyatları sürətlə davam etdirilir
Dağlıq Qarabağ münaqişəsi nəticəsində daha 13 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyü aşkarlanıb

Xəbər verdiyimiz kimi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsini həyata keçirir.

AZƏRTAC xəbər verir ki, “332 onlayn” saytında ingilis, alman və fransız dillərində “Azərbaycan vətəndaşları Sərsəng su anbarı ilə bağlı Avropa İttifaqının tədbir görməsi üçün müraciətlər edirlər” sərlövhəli məqalə dərc olunmuşdur.

Məqalədə deyilir: “Azərbaycan Avropa Parlamentinə işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşən və dağılmaqda olan su bəndini əsaslı təmir etməyi Ermənistandan tələb etməsi ilə bağlı müraciət etmişdir. Müraciət su anbarı ətrafında yaşayan sakinlər tərəfindən dəstəklənmişdir. Onlar ümid edirlər ki, Avropanın müdaxiləsi Ermənistanı 125 metr hündürlüyü olan su bəndinin yaratdığı təhlükəni müəyyənləşdirmək məqsədilə bəndin ətraflı texniki yoxlanışını aparmağa sövq edə bilər. Mühəndislər bəndin baxımsızlıqdan təhlükə yaratdığını təsdiqləmişlər”.

Yazıda, həmçinin bənd dağılacağı təqdirdə su altında qalmaq təhlükəsi ilə üzləşən rayonların əhalisi tərəfindən məktublar da yer almışdır. Bildirilmişdir ki, Avropa İttifaqına yazmaq məcburiyyəti qarşısında qalmış sakinlərin məyusluğunu artıran fakt Ermənistanın 20 ildən bəri onların irriqasiya məqsədilə tikilmiş su bəndindən istifadə etmələrinə imkan verməməsidir.

Məqalədə yer alan məktubların birində deyilir: “Əvvəlcə onlar su vermirlər sonra isə hamısını birdən verirlər! Onların üzündən Sərsəng anbarının bəndi dağılacaq və biz ora gedib onu təmir edə bilməyəcəyik, çünki bizi güllələyəcəklər”.

Yazıda qeyd edilmişdir ki, Azərbaycan, eyni zamanda, Avropa Parlamentini erməni işğalçılarının ölkəmizin Tərtər ərazisindən olan kəndlilərimizə qarşı tətbiq etdiyi həbslər və işgəncələri pisləməyə çağırır.

Məqalənin sonunda su anbarı haqqında da məlumat verilmişdir. Bildirilmişdir ki, Sərsəng bəndi 12 kilometr uzunluğu olan gölün üzərində tikilmişdir. Hidroloqlar müəyyən etmişlər ki, bədbəxt hadisə baş verərsə 30 kənd su altında qalacaqdır.