İrakli Kobaxidze: “Azərbaycanla enerji razılaşmaları Gürcüstan üçün strateji əhəmiyyət daşıyır”

Minatəmizləmə fəaliyyətinin geniş miqyasda əks etdirilməsi məqsədilə sərgi təşkil olunub
Ermənistanın işğal etdiyi Qarabağdan xaricə daşıdığı dəyərli tarix və mədəniyyət nümunələrinin qaytarılma problemi…
Qarabağda iki su anbarı tikiləcək

Gürcüstan və Azərbaycan arasında imzalanmış qaz müqaviləsi ölkəyə 20 il müddətinə qaz həcmi və qiymət baxımından təminat verir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

Onun sözlərinə görə, qonşu ölkələrlə iqtisadi əlaqələrin gücləndirilməsi Gürcüstan üçün mühüm əhəmiyyət daşıyır: “Bu baxımdan Azərbaycanla əldə olunan razılaşmalar xüsusi önəm kəsb edir. Azərbaycanla imzalanmış mühüm müqavilə ilə Gürcüstan 20 illik perspektivdə həm qaz həcmi, həm də aşağı qiymət baxımından zəmanət alıb”.

O, həmçinin elektrik enerjisinin Azərbaycandan vasitəçilər olmadan idxal edilməsinin vacibliyini vurğulayıb. Baş nazir qeyd edib ki, vasitəçilərin aradan qaldırılması Gürcüstan dövlətinin xərclərinin azalmasına imkan verəcək: “Yalnız Azərbaycanla bağlı bu mexanizm nəticəsində dövlət hər il bir neçə milyon gəlir əldə edə bilər”.

İ.Kobaxidze Azərbaycanla Bakı–Tbilisi–Supsa boru kəmərinin və Supsa terminalının birgə istismarı ilə bağlı razılaşmanı da mühüm hesab etdiyini bildirib.

Baş nazir Azərbaycanla əldə olunan razılaşmaların Gürcüstan üçün strateji əhəmiyyət daşıdığını qeyd edərək, Azərbaycan tərəfinə əməkdaşlığa və dost münasibətinə görə təşəkkür edib.

İ.Kobaxidze Gürcüstanın Ermənistan və Türkiyə ilə də iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib: “Ermənistanla fövqəladə iqtisadi münasibətlərimiz var. Eyni şey Türkiyəyə də aiddir”.

Report