Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sistemi yaradılır
Sabahdan Bakıdan Ağdama müntəzəm avtobus reysi fəaliyyətə başlayır
Növbəti köç Ağdamın Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib

Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı söyləyib.

Amma onların hamısının yanıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimiz ilə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.

AZƏRTAC