Prezident İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik edib

Amerikalı səyyahlar üçün Azərbaycanın mədəniyyət və kulinariya aləminə ilk ekskursiya təşkil ediləcək
Prezident İlham Əliyev İspaniya “El Pais” qəzetinə müsahibə verib
Prezident İlham Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

Hörmətli cənab Prezident,

Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Xoş ənənələrə malik Azərbaycan-Çexiya əlaqələrinin bu gün dinamik inkişaf etməsi bizi sevindirir. Fəal siyasi dialoq iqtisadi, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi üçün yaxşı zəmin yaradır.

İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə böyük potensiala malik olan dövlətlərarası münasibətlərimizin və səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çexiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2026-cı il