Milli Məclisin növbəti plenar iclası: müzakirəyə 10 məsələ çıxarılıb

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər
Müdafiə Nazirliyinin nümayəndəsi ordu quruculuğu sahəsində yerinə yetirilən tapşırıqlarla bağlı çıxış edib
“Rossiya-24” telekanalı “Bakutel-2017” sərgisindən reportaj yayımlayıb

Noyabrın 3-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.

1. 8 noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı;

2. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında məsələ;

3. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi;

4. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi;

5. “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);

6. “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);

7. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);

8. Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş);

9. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş);

10. “Elektron ticarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

AZƏRTAC