Ankarada Türk Dünyasında mediasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunur

İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Qüdrətli Azərbaycanın qüdrətli Lideri: Müstəqilliyin qarantı, inkişafın memarı
Prezident İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Noyabrın 26-da Ankarada Türk Dünyası Mediatorlar Birliyinin 2-ci Mediatorlar Şurasının iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Ankaranın Hakim Evində keçirilən tədbirdə Türkiyə Ədliyyə Nazirliyinin rəsmiləri, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından hakim, vəkil və mediatorlar, həmçinin gənc hüquqşünaslar iştirak edirlər.

Dörd günlük müzakirələrin rəsmi açılış proqramında çıxış edən Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel və digərləri mediasiya institutlarının inkişafı ilə bağlı görülən işlər, həyata keçirilən hüquqi islahatlar və mediasiya sisteminin daha da təkmilləşdirilməsi üçün atılan addımlar haqqında məlumat veriblər.

Türk dünyasında mediatorluq sahəsində ortaq hüquqi gələcək üçün yol xəritəsi barədə danışılıb.

Qeyd olunub ki, türk dövlətləri arasında iqtisadi, mədəni və siyasi əməkdaşlığın inkişafı hüquqi münasibətlər sahəsində daha güclü institusionallaşdırmanı, həmçinin vahid standartların müəyyən edilməsini tələb edir.

Azərbaycanın Türkiyədəki səfirliyinin 1-ci katibi Suliddin Məmmədov qeyd edib ki, ölkəmizdə qısa müddət ərzində yüzlərlə peşəkar hüquqşünası və hüquqi şəxsi birləşdirən müasir mediasiya sistemi inkişaf etdirilib. O Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini də diqqətə çatdırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara