“Xocalı-1992” kitabı 4 dildə çap edilib

ANAMA Qazaxın azad edilmiş kəndlərində indiyə qədər 256 ha ərazini təmizləyib
Cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçirilib
Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Xocalı-1992” kitabının yenidən işlənilmiş və əlavələr edilmiş nəşri çapdan çıxıb.

APA-nın məlumatına görə, Azərbaycan, ingilis, fransız və rus dillərində çıxan kitab erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub. Kitabın “Təcavüzkarın dəst-xətti” bölümündə erməni vəhşiliyinin qurbanlarının fotoları yer alıb.
Qeyd edək ki, kitabın ilk nəşri Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində çap edilib. Kitabın elmi məsləhətçi və ön sözün müəllifi AVCİYA-nın prezidenti Elxan Süleymanovdur.

Kitabın hazırlanmasında AzərTAc-ın materiallarından istifadə edilib.