7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Elxan Suleymanovun (AVCİYA-nın Prezidenti, millət vəkili) çıxışı

Prezident tariximizi saxtalaşdırmaq istəyən özümüzünkülərə sərt mesaj verdi
Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
AŞPA Sərsəng su anbarı ilə bağlı qərar verdi

Salamlar, əziz həmvətənlərimiz, əziz dostlar, qardaşlar, bacılar! İşğalda olmayib, lakin işğalda olan torpaqlarımız və insanlarımız qədər əziyyət çəkən əziz həmvətənlərim! Mən sizi salamlayır və  işğala qarşı mübarizə etməyə çağırıram. Eyni zamanda, fürsətdən istifadə edib,  əsirlər boyuyadelli işğalçılaraqarşı mübarizə edən, təbiətin onlara verdiyi böyük fəlakətlərlə üzləşən əziz və sevimliseçicilərim olan şamaxılılar adından sizi salamlayır və onların salamlarını sizlərə yetirirəm.

Burada iştirak edən Rusiya, Türkiyə, Finlandiya, Yunanıstan ekspertlərinə öz dərin minnətdarlığımı bildirirəm ki, mənim dəvətimi qəbul edib bura gəliblər. Burada iştirak edən dünya mediasının yeddi aparıcı jurnalistinə dərin minnətdarlığımı bildirirəm və onları salamlayıram.

Mən Tərtər çayının üzərində qurulan su anbarının tarixi barədə danışmaq istəmirəm, çünki bəlkə də sizlərin bəziləri bu anbarın tikilməsində iştirak edib.

Mən, çox vacib məsələ olan Azərbaycanın ən böyük problemi haqqında bildiklərimdən, beynəlxalq təşkilatlarda gördüklərimdən, eşitdiklərimdən, Azərbaycana qarşı olan qərəzli, iki standartlı və ayrıseçkilikmövgelərindən sizi məlumatlandırmaq istərdim.

AVCİYA nə üçün bu layihəni başlayıb? Biz həmişə Qarabağı ən vacib bir mövzu kimi öz istiqamətimiz etmişik və bu yolu da davam edirik. Bu lahiyə haradan doğdu? Bu ideya haradan qaynaqlandı? Azərbaycanın inkişafı göz qabağındadır. Əlbəttə, bir neçə ildən sonra, bu gün Tərtərə gələrkən, sizdə olan inkişafı gördükdə, mənim qəlbim çox fərəhləndi. Bizim bölgələrimizin, demək olar ki, hamısında bu inkişaf var və ölkəmizin bütün sahələrində olan inkişafı göz qabağındadır.

Lakin bizim ən ağır dərdimiz ermənilərin tapdağı altında inildəyən torpağımızın iniltisidir. Biz bu iniltini dünyaya çatdırmaq, haray qoparmaq üçün belə bir  layihəni işləməyi özümüzə çox vacib bir hal hesab etdik.

Bu layihənin nə mənası var və nə nəticəsi nədir? Biz azərbaycanlıların buraxdığı ən böyük səhv ondan ibarətdir ki,   dədə-babadan qalmış, özünü doğrultmamış, köhnə bir fikrə əsaslanıb deyirik  ki, soğan olsun, nəğd olsun. Yəni  elə düşünməyək ki, bu layihə ilə biz Sərsəngi azad edəcəyik. Yox! Bizim ona gücümüz çatmaz. Məgər 25 illik dövrdə bəzi beynəlxalq təşkilatların yalançı, aldadıcı və icra olunmamış, arxivlərdə saralmış qərarlarına ermənilər məhəl qoymursa, bir vətəndaş cəmiyyətinin çıxardığı haray Sərsəngi qaytara bilərmi? Əsla yox. Ancaq bu məsələnin əsas kökü və layihənin əsas mənası bundan ibarətdir ki, böyük Heydər Əliyevin dediyi kimi, son sözü xalq deyir.Deməli, son sözbeynəlxalq ictimaiyyətindir.

Mən bir dünya mediasının jurnalında oxudum ki, Dağlıq Qarabağ problemini jurnalistlər həll edə bilər. Mən buna inanıram. Mən bunu təhlil etdim, araşdırdım. Bəli,bu problemin açarı dünya ictimaiyyətinin məlumatlandırılmasıdir. Belə ki,işgəncənin və işğalınbu günə kimi olan və  gələcəkdə də baş verə biləcək ağır nəticələrini dünya ictimayyətinə çatdırmaq lazımdır.

Bizim iki yolumuz var,işğalda olan torpaqlarımızı,o cümlədən Sərsəngi ya müharibə yolu ilə, ya da sülh yolu iləqaitarmalıyıq. Əlbəttə, azərbaycanhöküməti, azərbaycan xalqı sülh istəyir, Sərsəngi də sülhlə qaytarmaq istəyirik, amma 22 ildir ki,buna nail ola bilmirik. Biz müharibə edən deyilik və edə də bilmərik. Nə üçün? Yəni müharibə ilə qaytarmaq versiyası inandırıcı deyil. Ona görə ki, ermənilərin arxasında bütün dünyanın güc dövlətləri və beynəlxalq təşkilatlar durub. Biz onlarla vuruşa bilmərik!

Sülh yolu üçün isə dünya ictimaiyyəti məlumatlandırılmalı,o da öz növbəsində səsini qaldırmalı, beynəlxalq təşkilatlardan və güc dövlətlərindən ermənilərin torpaqlardan çıxarılmasınitələb etməlidir. BMT-nin verdiyi çox gülünc, ifrat dərəcəsində olan, Avropa parlamentinin qərarları kimi yox.

Mən bir neçəsini sizə demək istəyirəm. Bilirəm, burada çıxışçılar çoxdur, amma mən iki beynəlxalq təşkilatı təmsil etdiyimdən,istəyirəm ki,həm Avropa parlamentində, həm də Avropa Şurasında gördüyüm haqsızlıqları, ədalətsizlikləri, bu xalqa olan iki standartlıq yox, qərəzlik, düşmənçilik mövqelərini siz hamınız biləsiniz.

Məsələn, Avropa parlamentinin bir neçə deputatı  məsələ qaldırır ki, Xankənddə tikilən aeroport qanunsuzdur və buna öz münasibətini bildirir, Avropa komissarına müraciət edir. Avropa komissarı da yazır ki, biz ermənilərin bu məsələsini pisləyirik. Kəlbəcər rayonunu işğal edirlər, BMT deyir ki, biz erməniləri qınayırıq.

Mən avropa dostlarıma belə bir məsəl cəkirəm: “ Müqayisəli bir təhlil: təsəvvür edin ki,  mən sizin pencəyinizi götürürəm, pasportunuz , pulunuz da cibinizdədir və vermirəm. Siz Fransada mənə polis çağırırsız. Polis gəlir, məndən pencəyi alıb sizə vermir: “Elxan Süleymanov, mən bu işi pisləyirəm”  deyib gedir. Siz buna dözərsinizmi? Görün ki, biz nələrlə üzləşmişik. Onlar, əlbəttə ki, dəhşətə gəldilər.

Buna görə də bizim bu layihəni keçirtməyimizdə əsas məqsədimiz, Sərsəng su anbarının vəziyyəti, onun törədəcəyi, gözlənilən humanitar faciəni, bioloji-ekoloji böhranı, 22 il ərzində 6 rayonumuza  vurulan iqtisadi ziyanı dünya ictimaiyyətinə çatdırmaq və beynəlxalq təşkilatlarda müvafiq qətnamələrin qəbul edilməsinə nail olmaqdır.

Təkcə Azərbaycan mətbuatında yox, dünya mətbuatında da bu məsələnin çatdırılması çox vacibdir.

Çox təəssüf və yanan bir ürəklə demək istərdim ki, azərbaycan mediası Qarabağ mövzusuna ümumiyyətlə yer ayırmır. Ürək ağrılı bir faciədir. Bu dərddir, böyük Sabirin dediyi kimi, bütün Azərbaycanın böyük dərdidir. Bizim jurnalistlərmüxtəlif xırda mövzulardan,yəni şoulardan, müğənnilərin yarışından, vuruşundan, hörmətsizliklərindən, nazirlərdən gecə-gündüz yazırlar. Amma Sərsəngdə kasıb, çörək pulu olmayan Qızqayıt ananın susuzluqdan bostanının məhv olmasindan, ağaclarının qurumasından yazmırıq.

İki ay bundan əvvəl, layihə açılanda, mətbuat konfransınaçoxlu jurnalistlər gəlmişdi. Mən onlardan xahiş etdim və çatdırdım ki, sizin qələminizə, təfəkkürünüzə bizim ehtiyacımız var. Bu,olanlarıdünya ictimaiyyətinə çatdırmaqdan, azərbaycan xalqını ruhlandırmaqdan, bu gün unudulmaq təhlükəsi qarşısında olan Qarabağ məsələsini yenidən gündəmə gətirməkden ibarətdir.

Bızım təşkilatımız sorğu keçirirdi. Əgər 3-5 il bundan qabaq Qarabağ mövzusu Azərbaycanın əsas problemi hesab edilirdisə (80-90%), bu gün vətəndaşlar ona 35-40% öz problemi kimi baxır. Bax, bunlar bizim cəmiyyətin, bizim jurnalistlərin, bizim vətəndaş cəmiyyətinin, siyasətçilərinin və siyasi partiyalarımızın bu məsələyə önəm verməməsinin ağır nəticələrindənirəli gəlir.

İşğalda olan torpaqlarımız o vaxt azad ola bilər ki,  Sərsəngə o vaxt ümid bəsləyə bilərik ki, hər bir vətəndaş, hər bir insan bu problemlə bildiyi və bacardığı qədərməşqulolsun.Biz bunun ilk nəticəsini əldə etdik. Layihə başlayandan sonra, çox qısa müddətdə Avropa parlamentinə, Avropa Şurasının, ATƏT-in millət vəkillərinə bu 6 rayondan kütləvi surətdə məktublar getməyə başladı. Bunun nəticəsi olaraq aprelin 1-də Avropa Şurasının Sədarət komitəsi 45 deputatın və 18 dövlətin təmsilçilərinin imza atdığı qətnamə layihəsinin həyata keçirilməsinə və bunun sosial komitədə baxılması üçün qərar qəbul etdi.

Bu çox böyük başlanğıcdır, bu tarixdir.Lakin Avropa Şurasının qərarı ilə də Sərsəng qayıtmayacaq. Bəs bu bizə nə verəcək? Bu, dünyanın arxivlərində olan bir tarixdir, dünya bundan məlumatlandırılacaq. Bu gün ermənilərin ən böyük toy-bayramıdır. Onlar məqsədlərinə çatıb,torpaqlarımızı işğal edib və zaman gələ bilər ki, Sərsəng su anbarını partladıb, yeddi rayonun əhalisini su altında qoyub, məhv etdikdən sonra dərhal buranı da işğal etsin. Deməli, Azərbaycanın onda daha böyük bir hissəsi ermınilərin əli altında olacaq. Və bu gün göz qabağındadır ki,  heç kəs bizə bu işğaldan azad olunması üçünkömək etmir, etməyəcək də.

97 il bundan əvvəl, 1918-ci ildə Zaqafqaziya Seymi müstəqil dövlətlərini quranda ( Azərbaycan, Gürcüstan və Ermənistan) , Ermənistan dövlətinin qurulması üçün şəhər tapılmadı. Ermənistan höküməti Azərbaycan Xalq Cümhuriyyətinə müraciət etdi ki, bizə kömək edin və o zaman İrəvan şəhəri onlara bağışlandı. Siz təsəvvür edirsinizmi, 97 il bundan qabaq! Lakin 97 il bundan qabaq bağışlanmış İrəvan şəhərini bu gün mən Avropa Şurasında, Avropa Parlamentində qaldırsam, mənə deyərlər “Sənin başın xarab olub?”. Çünki bunu bizə Sovet rejimi unutdurdu. 73 il Sovet rejimi bızə İrəvan şəhərinin adını çəkməyə qoymadı. Ona görə də əgər biz bu layihəni işləməsək, dünya ictimaiyyətinə çatdırmasaq, beynəlxalq təşkilatlar Ermənistana sanksiyalar tətbiq etməsə, mən sizə əminlik verirəm ki, Qarabağ torpaqları unudulacaq. İrəvan şəhəri kimi unudulacaq. Bizim layihəmizin əsas məqsədləri bundan ibarətdir.

Bu gün Sədarət komitəsinə təqdim olunan layihənin əsas prinsipləri bundan ibarətdir ki, qeyri-qanuni blokadada Sərsəngin saxlanılmasını Avropa parlamentləri qeyri-insani davranış hesab edir və bunu beynəlxalq hüququn prinsiplərinə zidd kimi qiymətləndirir. Eyni zamanda yazır ki, ikinci punkt – Assambleya Ermənistanın su anbarı və bütün suvarma sistemləri üzərindəki qeyri-qanuni nəzarətini beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan dövlətinə qeyd-şərtsiz təhvil verməlidir.

Qətnamənin üçüncü layihəsində, hər hansı hərbi təxribat planlarının qarşısını almaq və kütləvi insan itkilərinə səbəb olacaq hər hansı bir qəza və ya təbii fəlakətə hazır olmaq məqsədi ilə beynəlxalq ictimayyəti dərhal tədbir görməyə səsləyir.

Mən bu mövzuda vaxtınızı almaq istəmirəm, görülən işlər və görüləcək işlər haqqında danışdım. Amma biz sizdən nə gözləyirik və nə istəyirik? Hər bir vətəndaş , hər bir azərbaycanlı bu işğaldan azad olunma uğrunda öz səsini qaldırmalı və mübarizə aparmalıdır. Biz bu sahədə sizi maarifləndirəcəkyik və bizim koordinatorlarımız hər altı rayonda sizlərlə görüşəcək və nə etməlı olduqlarını sızə açıqlayacaq.

Siz təsəvvür edirsiniz ki, Ermənistan işğal edib, lakin Avropa Şurasında, Avropa Parlamentində bu məsələ qaldırılan kimi dərhal əl-ayağa düşürlər.

Separatçı rejimin vitse-premyeriArmen-pressə intervyu verir ki, biz Azərbaycanla işləməyə hazırıq.Onun arxasınca, bu yaxınlarda qondarma “Dağlıq QarabağRespublikasının” prezidentinin mətbuat katibi deyir ki, Azərbaycan gəlsin, özümüz bir yerdə bunu həll edə bilərik, niyə Elxan Süleymanov Avropa Şurasına şikayət edir? Bütün bunlar nədir? Bunlar hiyləgər bir addımdır. Erməninin bu gün bir məqsədi var, Azərbaycanı pis bir ölkə kimi, pis bir xalq kimi gələmə versin və belə təqdim etsin -beynəlxalq təşkilatlar çalışır ki, gəlin qardaş olun, yenidən  Hayıstan qurulsun, amma Azərbaycan bizimlə əməkdaşlıq etmək istəmir,ermənilərlə bir yerdə işbirliyi qura bilmir.

Necə ola bilər ki, mən deyirəm, Avropa Şurasında bunu dərhal dedim ki, mən sizin maşınınızı oğurlamışam və deyiram ki, bir gün sən sür, bir gün mən. Bax görün erməni həyasızlığın, fitnəfəsadınbeyin mərkəzi bu fikirləri – beynəlxalq təşkilatlar ermənilərə verir. Nə üçün? Bu gün AvropaŞurasında baxılan məsələ və mətbuat xidmətlərinin verdiyi intervyu öz-özünə əmələ gəlməyib. Çünki bu məsələni biz Avropa Parlamentində qaldırdıq. Dərhal ermənilər Ramil Səfərov məsələsini qaldırdılar. Dünyada insana bir dəfə cəza verilir, iki dəfə cəza yoxdur. Və Ramil Səfərova görə Avropa Parlamenti özünün təcili qərəzli qətnaməsini dərc etdi. Bundan sonra hər dəfə sessiyalarda istər Avropa Parlamentində, istərsə də Avropa ŞurasındaRamil Səfərov məsələsini qaldırırlar. Nə üçün? Azərbaycanı susdurmaq, Azərbaycana təzyiq etmək, torpaqlardan imtinaetmək üçün. Beynəlxalq təşkilatların və güc dövlətlərin məqsədi budur.

Bu gün biz prezident seçkilərinə hazırlaşırıq. Mən salonda oturanların hər birinə müraciət edirəm: İlham Əliyevdən başqa namizədiniz varmı? Məncə heç kəsin yoxdur. Ancaq beynəlxalq təşkilatlar bura nə üçün toplaşır? Azərbaycanda seçkiləri mənfi qiymətləndirmək üçün. Onların məruzələri çoxdan yazılıb. Xüsusilə, Demokratik təsisatlar və insan haqqları bürosunun, Lenarçiçin rəhbərlik etdiyi təşkilat və ATƏT Parlament Assambleyasının, hamısının. Nə üçün? Kök birdir. Əgər Azərbaycan demokratik ölkə kimi qiymətləndirilsə onda bizim torpaqlarımızı qaytarmaq haqqında sanksiyalar tətbiq etməlidirlər. Azərbaycanı mənfi qiymətləndirmək, düşməncəsinə, qərəzli yazmaq üçün əvvəlcədən hazırlanmış məruzə gəlir..

Buna görə mən hər birinizi Sərsəngin qaytarılması, işğaldan azad edilməsi üçün köməyə çağırıram. Təşəkkür edirəm!