AVCİYA “Sərsəng harayı” adlı müsabiqə elan edib

Prezident İlham Əliyev Samux rayonunda məcburi köçkünlər üçün inşa edilən yaşayış məhəlləsinin tikintisi ilə tanış olub
Rauf Sultanov: “Sərsəng su anbarı Azərbaycanın ən böyük problemlərindən birinə çevrilib”
“Ermənistanın vurduğu zərərə görə beynəlxalq məhkəmələrdə cavab verməsi ərazilərimizin işğalına son qoyulmasının vacib aspektlərindən biridir” -Elxan Süleymanov

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihə çərçivəsində gənc rəssamlar arasında “Sərsəng harayı” adlı müsabiqə elan edib.

AVCİYA-dan APA-ya verilən məlumata görə, müsabiqədə 18-35 yaşlarında rəssamlar iştirak edə bilərlər. Yağlı boya ilə çəkilmiş əsərlərin arxasında rəssamın adı və soyadı, mobil telefon nömrəsi, elektron ünvanı və əsərin adı göstərilməlidir.

Müsabiqənin mükafatlandırma fondunda I yer üçün 1 000 manat, II yer üçün 750 manat, III yer 500 manat, eləcə də hər  birinin məbləği 250 manat olmaqla 5 həvəsləndirici mükafat nəzərdə tutulur.

Əsərlər 1-15 fevral 2014-cü ildə qəbul ediləcək. Əlavə məlumat avciya.az və sarsang.org saytlarında yerləşdiriləcək. Sərgi 2014-cü ilin fevralında Tərtər şəhərində keçiriləcək.