Qarabağ müharibəsində itkin düşmüş şəxslərin xatirəsinə qoyulmuş abidənin açılışı olub

“Qanlı kaha” kitabı dörd aya yaxın erməni əsirliyində qalan kənd sakinlərinin mühasirə həyatından bəhs edir
Azərbaycanın xarici işlər nazirinin məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub

Bu gün“ İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondunun dəstəyi ilə 1992-1993-cü illərdə Qarabağ müharibəsində itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Sabunçu rayonundakı “Şəhidlər xiyabanı” adlanan ərazidə qoyulmuş abidənin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, açılış mərasimində Milli Məclisin üzvləri Elxan SüleymanovFazil Mustafa, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları, itkin düşmüş şəxslərin ailə üzvlərinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, Sabunçu Rayon İcra başçısının rəsmiləri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Çıxış edənlər Qarabağ müharibəsindən danışıb, müharibədə şəhid və itkin düşmüş şəxslər haqqında statistik rəqəmlər səsləndiriblər. Müharibənin hələ də bitməməsindən, ərazi bütövlüyünün bu günə kimi bərpa olunmamasından danışıblar.

Qeyd edək ki, “İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossiyasiyasının (AVCİYA) üzvüdür və abidənin qoyulması  Asossiyasiyasının prezidenti E. Süleymanovun  dəstəyi nəticəsində həyata keçirilib.