Qarabağ müharibəsində itkin düşmüş şəxslərin xatirəsinə qoyulmuş abidənin açılışı olub

Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi Avropa Məhkəməsinə göndərilib
Erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması: Cəbrayıl rayonu
7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Samir İsayevın (layihə əlaqələndiricisi, AVCİYA eksperti, Beynəlxalq Təbiətin Mühafizəsi Birliyinin (İUCN) Ekoloji Hüquq Mərkəzinin (ELC) üzvü) çıxışı

Bu gün“ İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondunun dəstəyi ilə 1992-1993-cü illərdə Qarabağ müharibəsində itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Sabunçu rayonundakı “Şəhidlər xiyabanı” adlanan ərazidə qoyulmuş abidənin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, açılış mərasimində Milli Məclisin üzvləri Elxan Süleymanov, Fazil Mustafa, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları, itkin düşmüş şəxslərin ailə üzvlərinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, Sabunçu Rayon İcra başçısının rəsmiləri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Çıxış edənlər Qarabağ müharibəsindən danışıb, müharibədə şəhid və itkin düşmüş şəxslər haqqında statistik rəqəmlər səsləndiriblər. Müharibənin hələ də bitməməsindən, ərazi bütövlüyünün bu günə kimi bərpa olunmamasından danışıblar.

Qeyd edək ki, “İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossiyasiyasının (AVCİYA) üzvüdür və abidənin qoyulması  Asossiyasiyasının prezidenti E. Süleymanovun  dəstəyi nəticəsində həyata keçirilib.