Beynəlxalq müşahidəçi: “Seçki texniki cəhətdən yaxşı təşkil olunub”

Azərbaycanlı gənclərinin xaricdə təhsili mövzusunda dəyirmi masa keçiriləcək
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi: hər 100 min nəfərə düşən intiharların sayı orta hesabla 5 fakt təşkil edir

“Azərbaycanda seçki texniki cəhətdən yaxşı təşkil olunub. Səsvermə prosesi normal keçir, hələlik pozuntular müşahidə olunmayıb”. Bunu APA-ya açıqlamasında “Ədalətli seçkilər uğrunda” təşkilatından olan beynəlxalq müşahidəçi, İsraildən olan vəkil Yakob Qriqori deyib. O, öz alman həmkarı ilə birlikdə Bakıdakı 6 məntəqədə olduqlarını söyləyib. Səhər saatlarında bu məntəqələrdə təxminən 10 faiz seçici səs verib: “Bizim olduğumuz məntəqələrdə hər şey yaxşı təşkil edilib. Hər məntəqədə seçici siyahılarının olması, yerli müşahidəçilərin səsvermənin gedişini izləməsinə şərait yaradılması xoşumuza gəldi. Ümumən vəziyyət normaldır və biz hər hansı qanun pozuntusu qeydə almadıq. Adları seçici siyahılarında olmayan seçicilərin adları xüsusi siyahıya salınır və sonradan MSK tərəfindən təsdiqlənir. Beləliklə, onlar öz səsvermə hüququndan istifadə edə bilir”.