Azərbaycan prezidentliyinə namizəd Araz Əlizadə səs verib

Dövlət rüsumları “e-bildiriş” əsasında ödəniləcək
Anar Eyvazov: Müzəffər Azərbaycan Ordusunun imicinə xələl gətirənlərə qarşı preventiv tədbirlər həyata keçirilir
Daxili işlər naziri Göyçayda vətəndaşların qəbulunu keçirəcək

Azərbaycan prezidentliyinə namizəd, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə səs verib. APA-nın məlumatına görə, A. Əlizadə nəvəsi Arazla 17 saylı III Yasamal Seçki Dairəsinin 23 saylı məntəqəsinə gəlib. Səsvermə hüququndan istifadə edən A. Əlizadə jurnalistlərə açıqlamasında səsvermə prosesinin şəffaf keçirildiyini, hələlik hər hansı qanun pozuntusu ilə rastlaşmadıqlarını deyib: “Ümid edirəm ki, seçki şəffaf və ədalətli keçəcək. Həyat mübarizədir, biz də mübarizəmizi davam etdirəcəyik”.

O, seçki təşviqatı zamanı yol verilən qara piarların da seçki prosesinə təkan verdiyini də bildirib.

A. Əlizadə nəvəsi Araz Əlizadənin xoşbəxt gələcəyinə səs verdiyini vurğulayıb.    /APA/