“Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun”

“Karabakh.Center” layihəsinin təqdimatı olub
Bu gün Brüsseldə Aİ və “Şərq tərəfdaşlığı” ölkələrinin XİN rəhbərlərinin görüşü keçiriləcək
Dövlət Vergi Xidməti: Aksiz dərəcələrinin mərhələli şəkildə artırılması nəzərdə tutulur

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib.

“Report”un xəbərinə görə, təbrik mətni M.Əliyevanın “Instagram” səhifəsində paylaşılıb.

“İyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan “Əsrin müqaviləsi” imzalanıb.

Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik. Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun.

Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”, – təbrik mətnində bildirilib.

Report.az