317 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Bakıda Azərbaycanın NATO-nun Kodifikasiya Sisteminə qoşulması ilə bağlı görüş keçirilib
AVCİYA Şirvan bölgəsində də seçki hazırlıqlarını yekunlaşdırdı
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
“Deputatlığa namizədlik üçün müraciət edənlərin sayı 1560 nəfərdir”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O bildirib ki, 560 nəfərin namizədliyi siyasi partiyalar, 60 nəfərin namizədliyi siyasi partiyalar bloku, 3 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb, 937 nəfər isə şəxsi təşəbbüslə müraciət edib: “1461 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib, onlardan 1352 nəfər imza vərəqi alıb və 521 nəfər imza vərəqələrini qaytarıb. Namizədliyi qeydə alınanların sayı isə 317 nəfərdir”.

M. Pənahov qeyd edib ki, 108 nəfər müşahidəçi MSK-dan akkreditasiyadan keçib, onların 97-si fərdi qaydada, 10 nəfər QHT tərəfindən, bir nəfər isə xüsusi icazə almış müşahidəçidir.