Saat 15.00 – a seçicilərin Azərbaycan prezidenti seçkisində fəallığı 53,4 fazə təşkil edir – exit-poll

AVCİYA rəhbərliyi Avropa Şurasının Azərbaycandakı Ofisinin rəsmiləri ilə görüşdü
Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan bədii qiraət müsabiqəsinin hesabat tədbiri keçirilib
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımların dünyaya çatdırılması istiqamətində geniş miqyaslı layihəyə başlanıb

Yerli AVCİYA Qeyri – Hökumət Təşkilatı və ELS Müstəqil Araşdırmalar Mərkəzinin keçirdiyi exit – pollun məlumatlarına görə, Bakı vaxtı ilə saat 15.00 – a Azərbaycan prezidenti seçkilərində seçicilərin fəallığı 53,4 faiz təşkil edib, – Müstəqil Araşdırmalar Mərkəzinin nümayəndəsi Vüqar Tofiqli bildirib.

Bu gün Azərbaycan prezidenti seçkisi keçirilir.

Saat 13.00 – a olan məlumatlara əsasən, bu göstərici 36,3 faiz təşkil edib.

Bu təşkilatlar ölkənin bütün seçki dairələrini əhatə edən 800 seçki məntəqəsində exit-poll aparırlar. Bakıda 227 seçki məntəqəsində exit-poll aparılır, – Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bir müddət əvvəl bildirib.

Prezident seçkisində yeddi namizəd – Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

/ Trend , müxbir E.İsmayılov/