AVCİYA və ELS bələdiyyə seçkilərinin baş tutduğunu açıqlayıb

Qarabağla bağlı petisiya dünyada ikinci olub
AVCİYA Regionlarda tədbirlərə start verdi
ABŞ səfirliyinin nümayəndələri AVCİYA –nın Xaçmaz ofisində olublar

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi bələdiyyə seçkisinin baş tutduğunu və demokratik keçdiyini bəyan edib.
“AVCİYA-nın bələdiyyə seçkilərindəki müşahidəsinin nəticələri deməyə əsas verir ki, seçici fəallığı 32,6 faiz olub”, – bu gün Trend Xəbərlər Şirkətinin mətbuat mərkəzində keçirdiyi brifinqdə AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.
Zülfüqarlının sözlərinə görə, onlar beynəlxalq təşkilatlarla sıx əlaqələr yaradaraq bələdiyyə seçkilərinin ölkə üzrə 49, dairə üzrə 1600 məntəqədə müşahidəsini təşkil ediblər.
AVCİYA bəyan edib ki, bələdiyyə seçkisi baş tutub və Avropa Şurası qarşısında götürülən öhdəliklərə uyğun olaraq şəffaf və ədalətli keçirilib.
Hər iki qurum dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində 8 bələdiyyə ərazisini əhatə edən 17 Dairə Seçki Komissiyasının 222 məntəqəsində exit-poll aparıb.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bu gün Trend Xəbərlər Şirkətinin mətbuat konfransında keçirdiyi brifinqdə deyib ki, Bakının Nərimanov rayon bələdiyyəsi üzrə 28,3, Nəsimi – 26,4, Səbail – 31,3, Xətai – 28,3, Xırdalan – 38, Şirvan – 37,8, Gəncənin Nizami bələdiyyəsi – 26,1, Xaçmaz bələdiyyəsi üzrə 27,1 faiz seçici fəallığı qeydə alınıb.
Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.
Azərbaycanda bundan əvvəl iki dəfə – 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.
Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin ilkin nəticələrinə görə, ölkədə seçici fəallığı 31,86 faiz olub./Trend/