AVCİYA Parlament seçkilərinə hazırlığın I mərhələsini başa vurdu

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCİYA) Azərbaycan Respublikası 01 NOYABR 2015-Cİ İL MİLLİ MƏCLİS Seçkilərinin uzunmüddətli müşahidəsinə dair HESABAT
“Daha gözəl Azərbaycan naminə: Azərbaycançılıq və Heydər Əliyev irsi” mövzusunda seminarlar keçiriləcək
Azərbaycan QHT-si ölkədəki seçkiqabağı vəziyyətlə bağlı aralıq hesabatını açıqlayıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 2010 – cu ilin noyabrında keçiriləcək parlament seçkilərinin daha demokratik və şəfaf keçirilməsi, seçki praktikasının və qanunvericiliyinin təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə fəaliyyət proqramı hazırlayıb. Proqram çərçivəsində Assosiasiya 05 mart 2010 – cu il tarixdə “Azərbaycan Respublikasında 2010 – cu il parlament seçkiləri: gözləntilər və mövqelər” mövzusunda Dəyirmi Masa və 16 aprel 2010 – cu il tarixdə Fransanın “Avrasiya-Yeni Üfüqlər” qeyri-hökumət təşkilatı ilə birgə “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” adlı beynəlxalq konfrans keçirilib.
Seçki Qərargahı fəlaiyyət proqramına uyğun olaraq Azərbaycan Respublikasında keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar regionlarda fəaliyyətinin daha da gücləndirib. AVCİYA Seçki Qərargahı bu il reqionlarda işini üç mərhələdə aparmağı planlaşdırıb. İlk növbədə assosiasiyanın reğional ofislərinin işinin parlament seçkilərinə uyğunlaşdırılası, növbəti mərhələdə reqionlarda seçici fəallığının artırılması üçün seminarların keçirilməsi nəzərdə tutulub. Üçüncü mərhələdə isə müşahidəçilər üçün treniqlər keçirilməsi planlaşdırılır.
AVCİYA fəlaiyyət proqramında nəzərdə tutulan I mərhələni, regional ofslərin işinin seçkilərə uyğunlaşdırılması mərhələsini (4 – 30 iyun 2010) artıq başa vurub. Bu mərhələdə Xaçmaz, Şirvan, Lənkəran, Oğuz, Zaqatala, Ucar, Goranboy, Gəncə reqional nümayəndəliyinin işi parlament seçkilərinə uyğunlaşdırılması ilə bağlı tədbirlər həyata keçirilib. Bununla yanaşı Hacıqabul, Sabirabad, Saatlı, Qobustan, Şamaxı, Şəki, Mingəçevir, Qəbələ, İsmayıllı, Balakən, Qax, Bərdə, Tərtər, Naftalan, Göygöl, Şəmkir, Ağstafa, Kürdəmir, Göyçay, Masallı, Cəlilabad, Yardımlı, Lerik, Quba, Qusar, Şabran, Siyəzən rayonları üzrə koordinatorlarla görüşlər keçirilib. Digər rayon koordinatorları ilə görüşlərin iyul ayında keçirilməsi planlaşdırılır. Bundan başqa Xaçmaz ( 5 iyun), Şirvan (12 iyun), Lənkəran (19 iyun), Lerik (20 iyun), Zaqatala (27 iyun), Gəncədə (28 iyun) seçicilərlə seminarlar keçirilib. Seminar iştirakçılarına seçkilərlə bağlı nəşr olunmuş 2 kitabça təqdim olunub. Ymumiyyətlə bu günə qədər AVCİYA seçkilərə aid bir sira metodik vəsait və 14 kitabça nəşr edib. İyul ayında “2010 – cu il Milli Məclisə seçkilərin monitorinqi. Yaddaş kitabçası”nın nəşri nəzərdə tutlub. Reqionlarda keçirilən tədbirlərdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı, Seçki Qərargahının əməkdaşları Osman Ağayev və Kənan Məmmədov iştirak edib.
AVCİYA iyul ayının əvvələrindən fəlaiyyət proqramın II mərhələsinin icrasına başlayıb.

AVCİYA Mətbuat Xidməti