Azərbaycanın hakim partiyası müxalifətdən dialoq təşəbbüsü gözləyir

Münasibətlərin yaxşılaşması yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı mümkün ola bilər
Avrasiya İqtisadi Birliyi gömrük ittifaqı çətin ki, 2010-cu ilin əvvəlində fəaliyyətə başlasın
“Azərbaycanda analoqu olmayan yeni təşkilat yaradacağıq”

Azərbaycanın hakim partiyası prezident seçkisini boykot edən müxalifət partiyaları ilə dialoqa hazır olduğunu bildirib. «Həmin müxalifət partiyaları təşəbbüs göstərərlərsə, biz dialoqa hazırıq», – cümə axşamı TrendNews – a hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib. Qurbanlı deyib ki, iqtidar – müxalifət dialoqunun ən bariz nümunəsi prezident seçkisi olub. Seçkidə öz namizədləri ilə iştirak edən müxalif partiyaların sədrləri seçkidən sonra qalibi, yəni Azərbaycan prezidenti İlham Əliyevi təbrik etməklə, iqtidar-müxalifət münasibətlərinin sivil mərhələdə olduğunu nümayiş etdirdilər. Onun sözlərinə görə, seçkini boykot edən partiyalar cəmiyyətdə öz mövqelərini itirməkdə və siyasi səhnədən uzaqlaşmaqdadırlar. Rusiyada olduğu kimi, Azərbaycan hakimiyyətinin müxalifətin bir hissəsinin birliyini yaratması ilə bağlı iddialara gəldikdə, YAP rəsmisi deyib ki, müxalifəti hakimiyyət müəyyənləşdirmir. «Müxalifət varlığını özü sübut etməlidir. İqtidar-müxalifət dialoqu məsələsi, bir qayda olaraq, müxalifət mətbuatında qaldırılır. Amma cəmiyyətdə dialoq mühiti var», – Qurbanlı vurğulayıb. «Azərbaycan prezidenti İlham Əliyev andiçmə mərasmində bir daha bütün insanları əməkdaşlığa dəvət edib», – cümə axşamı TrendNews – a YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, dialoq məsələsi hakim partiyanın proqramında həmişə olub. «Bu gün də partiyalar arasında çox yaxşı əlaqələr var. Prezident seçkisində biz hətta müxalifətdə olan bir çox partiyalarla əməkdaşlıq etdik, onlar bizim namizədimizi dəstəklədilər, təbliğat və təşviqat kampaniyasında iştirak etdilər», – Novruzov deyib. YAP funksionerinin fikrincə, Azərbaycanda özlərini cəmiyyətdən kənarda saxlayan bir neçə partiya var. «Bu problem barədə həmin partiyaların rəhbərləri düşünməlidirlər. Problem partiyaların ideologiyasında yox, onlara rəhbərlik edən şəxslərdədir. İlk növbədə həmin partiyaların daxilində islahat getməlidir, bundan sonra həmin siyasi qüvvələrlə gələcəkdə hansısa formada əməkdaşlıq etmək haqda düşünmək olar», – Novruzov bildirib. YAP 1992 – ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir. /Trend/