Türkiyə Azərbaycandakı referendum üzrə istənilən nəticəni dəstəkləyəcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil verilib
Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirilir
AVCİYA Sumqayıt Universitetində seminar keçirdi

Türkiyə Azərbaycandakı referendumun gedişini diqqətlə izləyir və səsvermənin istənilən nəticəsini dəstəkləyəcək”, – çərşənbə günü jurnalistlərə Türkiyənin Azərbaycandakı səfəri Hulusi Kılıc deyib.
“Türkiyə referendumun istənilən nəticəsini dəstəkləyəcək, çünki bu, Azərbaycan xalqının seçimidir”, – səfir bildirib.
Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.
Kılıcın sözlərinə görə, Türkiyə referenduma hazırlıq prosesini izləyib və səsvermənin gedişini də izləyəcək. /Trend/