Martın 2-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

İsrailli jurnalistlər Azərbaycanın erməni işğalından azad olunan ərazilərində səfərdədirlər
“Rossiya-24” telekanalı “Bakutel-2017” sərgisindən reportaj yayımlayıb
Azərbaycan Universitetinin professorunun Rusiyada iki dərs vəsaiti dərc edilib

Məzahir Pənahovun sədrliyi ilə martın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 24 və 27 fevral 2018-ci il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə baxılıb. Qeyd edək ki, bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, həmçinin səsvermə qaydaları ətraflı şəkildə əks olunur. Komissiya üzvlərinin müzakirəsindən sonra səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 5347803 (beş milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) bildirişin mətbəə üsulu ilə hazırlanmasına qərar verilib.

İclasda 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq olunmuş Tural Feyruz oğlu Abbaslı tərəfindən təqdim edilmiş səlahiyyətli nümayəndələr də qeydə alınıb.

Komissiyanın iclasında həmiçinin, bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

K
ütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin 
Media və ictimai əlaqələr şöbəsi