“Venesiya Komissiyasının rəyi Azərbaycanda referendumun keçirilməsinə heç bir təsir göstərməyəcək”

AVCİYA təmsilçisi Türkiyədə Qarabağ zəfərinə həsr olunmuş konfransda iştirak edib
Bu gün Dağlıq Qarabağ üzrə İşçi Qrupun yeni üçtərəfli iclası baş tutacaq
“The Jakarta Post” Heydər Əliyev Beynəlxalq Aeroportunu ən gözəl aeroport adlandırıb

Avropa Şurasının rəsmiləri Azərbaycanda keçiriləcək referendumla bağlı tənqidi siyasi bəyanatlar verməkdə tələskənliyə yol veriblər.
Belə olan halda Avropa Şurası Venesiya Komissiyasının referendumla bağlı rəyinin də hüquqi, peşəkar və siyasətdən kənar olması məsələsi mübahisə mövzusu ola bilər”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Əli Hüseynov deyib.
Ə. Hüseynov bildirib ki, referendumla bağı təşəbbüs irəli sürüldükdən, referenduma çıxarılan məsələlər açıqlanandan sonra AŞ rəsmiləri məsələ ilə bağlı bəyanatlar veriblər, eyni zamanda layihənin öyrənilməsi və Venesiya Komissiyası tərəfindən rəy verilməsi tövsiyə edilib: “Belə olan halda Venesiya Komissiyasının rəyində hansısa məsələlərlə bağlı tənqidi elementlər olacaqsa, bu, məni qətiyyən təəccübləndirməz. Çünki bu, həmin siyasi bəyanatların fonunda baş verir”.
Millət vəkili Venesiya Komissiyasının rəyinin Azərbaycanda referendumun keçirilməsinə heç bir təsir göstərməyəcəyini də vurğulayıb.
O, həmçinin, bildirib ki, Venesiya Komissiyası AŞ üzvü olan bəzi ölkələrdə də Konstitusiya dəyişiklikləri baş verərkən oxşar məsələlərlə bağlı rəy verib: “Venesiya Komissiyası digər ölkələrə münasibətdə özünün öncəki, analoji məsələlərlə bağlı rəyinə hörmətlə yanaşmalı və adekvat rəy verməlidir”./APA/