1 iyun Ümumdünya Uşaqların Müdafiəsi günü münasibətilə Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) və “İnsan Hüquqları XXI Əsr – Azərbaycan” Fondunun əməkdaşları 2 iyun 2011-ci ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı ümumtəhsil internat müəssisəsində tədbir keçiriblər.
Təşkilatçılar uşaqları təbrik etmək məqsədilə onlara müxtəlif bayram sovqatları və hədiyyələr (qələm, dəftər, oyuncaqlar, geyim və s.) təqdim ediblər.
Tədbiri giriş sözü ilə “İnsan Hüquqları XXI Əsr – Azərbaycan” Fondunun prezidenti Şahin Camalov açıb. O, uşaqlar gününün yaranma tarixi haqqında qısa məlumat verib, daha sonra uşaqlarla maraqlı söhbətlər və əyləncəli oyunlar keçirib.
Tədbirin sonunda uşaqlar üçün şirniyyat süfrəsi təşkil olunub.
Azərbaycan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) və “İnsan Hüquqları XXI Əsr – Azərbaycan” Fondu olaraq bu xeyriyyə kanpaniyasında əməyi keçən bütün insanlara öz təşəkkürümüzü bildiririk.
Newer Post
AVCİYA layihəni yekunlaşdırdı Older Post
AVCİYA yeni layihəyə start verdi