ABDULLAYEV Şövqiyar Cəmil oğlu

ASLANOV Şikar Davud oğlu
XƏLİLBƏYLİ Təbriz Xəlil Rza oğlu
KƏRİMOV Kərim Məhəmməd oğlu
(5.4.1969, Göyçə mahalı Basarkeçər r-nunun Nərimanlı k. – 27.8.1992) – Azərbaycanın Milli Qəhrəmanı (5.2.1993, ölümündən sonra).

1986-cı ildə doğma kəndi Nərimanlıda orta məktəbi əla qiymətlərlə bitirmiş və həmin il Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Texniki Universitet – red.) daxil olmuşdur. Birinci kursu başa vurduqdan sonra o, ordu sıralarına çağırılır.
Şövqiyar 1989-cu ildə Monqolustanda hərbi xidmətini tank qoşunları tərkibində başa vuraraq Bakıya qayıdır. Bu, o vaxt idi ki, artıq Ermənistan – Azərbaycan münaqişəsi başlanmışdı.
Qarabağdan, eləcə də Qərbi Azərbaycandan yüz minlərlə soydaşımızın doğma ata-baba yurdlarından qovulması Şövqiyarı təhsilini yarımçıq qoyub, od-alov içərisinə atılmağa məcbur edir. O, 1992-ci ilin əvvəllərində könüllü olaraq Milli Orduya yazılır və Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilir. Tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçir. 1992-ci ilin yazında Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda qanlı döyüşlər gedir. Şövqiyar bu döyüşlərdə şəxsi igidlik və şücaət göstərir.
Avqustun 23-ü… Ş.Abdullayevin tankı Abdal-Gülabli kimi strateji cəhətdən çox əlverişli bir yeri qoruyurdu. Ancaq nədənsə, onu həmin mövqedən çıxarıb, Ağdərəyə göndərirlər. Sərsəng su hövzəsi yaxınlığındakı Dranbon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına vuruşan Şövqiyarın tankı bir neçə dəfə vurulur.
Hər iki ayağından yaralanan tank komandirini Ağdam hərbi hospitalına çatdırırlar. Azacıq özünə gələn kimi o, yenidən cəbhəyə qayıdır. 1992-ci il avqustun 27-də çox ağır bir döyüşdə o, öz yoldaşlarını əsir düşməkdən xilas edir, özü isə Vətən torpağı uğrunda qəhrəmanlıq nümunəsi göstərərək əbədiyyətə qovuşur.
Subay idi.
Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 19-20