ƏSƏDOV Əsəd Soltan oğlu

İSGƏNDƏROV Əlabbas Qara oğlu
MƏMMƏDOV Natiq Bəşir oğlu
MƏMMƏDOV Seymur Qəhrəman oğlu

(22.3.1956, Zəngilan r-nunun Turabad k. – 29.10.1991) – Azərbaycanın Milli Qəhrəmanı (25.11.1992, ölümündən sonra).

22 mart 1956-cı ildə Zəngilan rayonunun Turabad kəndində doğulmuşdur. 1975-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra Saratov vilayətinin Krasnokutsk şəhərindəki Təyyarəçilik Məktəbinin mülki Aviasiya şöbəsinə daxil olmuşdur. 1976-cı ildə təyyarələrin uçuş istismarı peşəsinə yiyələnərək, Yevlax Mülki Aviasiya İdarəsində öz ixtisası üzrə işləməyə başlamışdır. O, qısa müddətdə kollektivin rəğbətini qazanmışdır.
Erməni işğalçılarının torpaqlarımıza təcavüzü başlayanda, o da mübarizəyə qoşuldu. Əsəd Əsədov təcrübəli təyyarəçi kimi dəfələrlə döyüş bölgələrinə uçuşlar etmiş və hər dəfə də ekstremal vəziyyətlərdə düzgün qərar qəbul edərək, düşmənin layiqli cavabını vermişdir.
Yevlax Aviasiyt Şirkətinə məxsus AN-2 təyyarəsinin komandiri Əsəd Əsədov Qarabağ səmasında çoxsaylı uçuşlar keçirmişdi.
29 oktyabr 1991 -ci il … O,  9 nəfər döyüşçü ilə səmaya qalxdı. Xocalı aeroportuna köməyə can atan cəsur döyüşçülər Xanabad kəndi üzərindən uçarkən düşmən tərəfındən güclü atəşə tutuldu. Cəsur komandir bu uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak oldu.
Ailəli idi. Dörd övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Əsədov Əsəd Soltan oğlu ölümündən sonra “Azərbaycanm Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Zəngilan rayonunda dəfn edilmişdir.
Hazırda onun doğma rayonu erməni işğalı altındadır.
Zəngilan rayon Turabad kənd orta məktəbi və Mincivan qəsəbəsindəki mərkəzi küçələrdən biri onun adını daşıyır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 96