Mətbuat üçün məlumat

Azərbaycanda daha 4 426 nəfər COVID-19-a yoluxub, 41 nəfər ölüb
Saat 17:00-dək respublika üzrə 2 milyon 389 min 754 seçici səs verib
AVCİYA: Azərbaycan seçki qanunvericiliyi təkmilləşdirilərək beynəlxalq qanunvericiliyə uyğunlaşdırılıb

“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan ailələrinin psixo-sosial sahələrdə müşaiyyət olunması” layihəsinin icrasına uğurla yekun vurmuşdur. 3 ay davam edən layihə çərçivəsində 150 itkin düşmüş şəxsin ailələrinə psixo-sosial sahələrdə yardım göstərilmişdir.

Layihənin əsas məqsədi itkin düşmüş şəxslərin ailələrinin psixo-sosial çətinliklərinin azaldılması, onların psixo-sosial sahələrdəki dəstək xidmətlərinə çıxışını təmin edilməsi, peşəkar psixoloq fəaliyyətindən istifadə etməklə ailələrin psixoloji vəziyyətinin analiz olunması və mənəvi dəstəyin verilməsi, effektiv və pulsuz hüquqi yardımla təmin edilməsi olmuşdur. Bunun üçün həmin ailələrlə “İnsan Hüquqları XXI əsr- Azərbaycan” Fondunun hüquqşünasları, psixoloqu və sirdaş qismində layihəyə cəlb olunmuş işçiləri tərəfindən xüsusi görüşlər və ailələrə səfərlər təşkil edilmişdir. Bu görüş və səfərlər zamanı ailələrin psixoloji və hüquqi ehtiyyacları öyrənilərək, bu istiqamətlərdə onlara hüquqi və psixoloji yardımlar göstərilmişdir.

Layihə çərçivəsində həmçinin ailələrin psixoloji və hüquqi problemlərinin həlli istiqamətində onlara kömək edəcək bukletlər çap edilmiş və paylanmışdır.

Qeyd edək ki, təşkilatımız bu layihənin icrası zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan ofisi ilə sıx əməkdaşlıq edilmişdir.

Mətbuat xidməti