Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı

Bakıda “Qayıdış hüququ” mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək
Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi problemi BMT-nin İnsan Hüquqları Şurasının iclasında müzakirə edilib
MN: Ermənistan silahlı qüvvələrinin bölmələri kombaynı atəşə tutub

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini sərəncama uyğunlaşdırsın; dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin, o cümlədən maaşları Vahid Tarif Cədvəli ilə təmzimlənən işçilərin əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi və əməkhaqlarının artırılması barədə təkliflərini hazırlayaraq üç ay müddətinə Azərbaycan Prezidentinə təqdim etsin; Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 87) 1-ci hissəsi ləğv edilir.

Qeyd edək ki, 2017-ci il üçün minimum aylıq əməkhaqqının məbləği 116 manat müəyyənləşmişdi.

Bakı. Trend: