Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib

ŞAMAXIDA İFTAR SÜFRƏSİ
Xalq artisti Möhlət Müslümovun 70 illik yubileyi qeyd edilib
“Yaşayış binaları. Layihələndirmə normaları”na əsasən yaşayış binaları ilə bağlı yeni qadağalar nəzərdə tutulur

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Moskva ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş təyyarə qəzası barədə xəbərin onu dərindən sarsıtdığını bildirib.

Prezident İlham Əliyev Prezident Vladimir Putinə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib.