Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib
Media nümayəndələri Qubadlı şəhərində aparılan bərpa-quruculuq işləri ilə tanış olublar
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Moskva ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş təyyarə qəzası barədə xəbərin onu dərindən sarsıtdığını bildirib.

Prezident İlham Əliyev Prezident Vladimir Putinə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib.