Mərkəzi Seçki Komissiyası nəzdində Müstəqil Media Mərkəzinin açılışı olub

Elxan Süleymanov: “Yeni ensiklopediyamızı Heydər Əliyevin xatirəsinə ithaf edəcəyik”
İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilib

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki-2018” Müstəqil Media Mərkəzinin açılış mərasimi olub.

Trend-in məlumatına görə, tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, MSK üzvləri və Katibliyin təmsilçiləri iştirak ediblər. Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olan MSK sədri yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin sərbəst və asanlıqla məlumat əldə etmələri, habelə digər seçki prosesi iştirakçılarına daha keyfiyyətli və səmərəli xidmət göstərmək üçün tövsiyələrini verib.

Yüksək tələblərə cavab verən zəruri texniki avadanlıqla təchiz edilmiş Mərkəzin yaradılmasında başlıca məqsəd seçkiləri geniş, operativ və obyektiv işıqlandırmaq, eləcə də seçkilərdə şəffaflığın təmin edilməsi üçün yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələrinə seçkilərlə bağlı məlumat əldə etməkdə və operativ şəkildə ictimaiyyətə çatdırmaqda yardım göstərməkdir. Burada media təmsilçiləri üçün kompüterlər, telefon və faks aparatları quraşdırılıb, həmçinin onlar pulsuz və fasiləsiz internetdən istifadə edə bilərlər.

Prezident seçkiləri müddətində 24 saat ərzində fəaliyyət göstərəcək Müstəqil Media Mərkəzi mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün də açıqdır.

Mərkəzin Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən www.secki-2018.az internet səhifəsində prezidentliyə qeydə alınmış namizədlər öz seçkiqabağı təşviqat materiallarını yerləşdirə bilərlər. Bu səhifədə seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir, həmçinin seçkilərlə bağlı foto və video görüntülər təqdim edilir.

Trend: