Kəlbəcər Şəhəri Günü konsert proqramı və atəşfəşanlıqla qeyd olunub

Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunmuş seminarlara başlayıb
Ələtdə fəaliyyət göstərəcək Azad Ticarət Zonası 130 milyon nəfərlik bazara xidmət edəcək
Böyük Qayıdış: Xocalının Şuşakənd və Təzəbinə kəndlərinə növbəti köç karvanı yola salınıb

Kəlbəcər Şəhəri Günü konsert proqramı və atəşfəşanlıqla qeyd olunub.

“Report”un Kəlbəcərə ezam olunan əməkdaşı xəbər verir ki, gün ərzində təqdim olunan tamaşa və sərgilərin ardınca incəsənət xadimlərinin iştirakı ilə musiqi kompozisiyası nümayiş edilib.

Proqramda təqdim olunan bəstəkar və xalq, eləcə də aşıq mahnıları gecəyə xüsusi rəng qatıb.

Konsertin yekununda qələbənin simvolu kimi Kəlbəcər dağlarının zirvəsində üç tonqal qalanıb və atəşfəşanlıq nümayiş olunub.

Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən təşkil olunur.

Report