MƏMMƏDOV Natiq Bəşir oğlu

MURADOV Hikmət Oqtay oğlu
ƏMİROV Faiq İsfəndiyar oğlu
HACIYEV Fikrət Əli oğlu

MƏMMƏDOV Natiq Bəşir oğlu (11.5.1975, Zaqatala r-nunun Əli Bayramlı k. – 4.10.1994, Gəncə ş.) – Azərbaycanın Milli Qəhrəmanı (5.10.1994, ölümündən sonra). 

11 may 1975-ci ildə Zaqatala rayonunun Əli Bayramlı kəndində dünyaya göz açmışdır. 1990-cı ildə burada kənd orta məktəbinin rus dili bölməsinin səkkizinci sinfini bitirdikdən sonra, təhsilini Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində davam etdirmiş, mexanizator ixtisasına yiyələnmişdir. Bir müddət “Dağıstan” kolxozunda çalışmışdır. 1993-cü il may ayının 13-də Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Bakıdakı hərbi hissələrdən birində təlim keçmişdir. Sonra Seyfəlidə döyüşə hazırlıq üçün təlim-məşq toplantısında iştirak etmiş, döyüş bölgələrinə göndərilmişdir. Onun şərəfli döyüş yolu Ağdam, Füzuli, Tərtər bölgələrindən keçmişdir. Yüksək insani keyfıyyətləri ilə yoldaşları arasında fərqlənən Natiq, verilən bütün tapşırıqları layiqincə yerinə yetirir, lazım gələndə kəşfiyyata da gedirdi.

4 oktyabr 1994-cü ildə xüsusi təyinatlı 777 saylı hərbi hissənin əsgərlərini Gəncə şəhərinə gətirirlər. Bu vaxtlar şəhərdə özbaşınalıq hökm sürürdü. Silahlı dəstə dövlət çevrilişinə cəhd göstərmişdi. Qiyamları yatırmaq üçün hərbi hissənin əsgərləri döyüş hazırlığına gətirilmişdi. Natiq də bu əməliyyatda iştirak edirdi. O, vəzifə borcunu yerinə yetirərkən dövlətçiliyimiz yolunda öz canını qurban verdi.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı

verilmişdir.

Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn edimişdir.

Əli Bayramlı kəndindəki uşaq bağçası onun adını daşıyır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 202