AĞAYEV Bəylər Tapdıq oğlu

NƏSİBOV Kamil Baladə oğlu
QASIMOV Muxtar Cahid oğlu
MURADOV Ruslan Həmid oğlu

(3.2.1969, Qubadlı r-nunun Qarağaclı k. – 6.8.1992, Şuşa r.) – Azərbaycanın Milli Qəhrəmanı (7.12.1992, ölümündən sonra).

1985-ci ildə Qaracallı kənd orta məktəbini bitirmi.dir. İki il sovxozda fəhlə işləmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. Bəylər Ağayev 1989-cu ildə xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıdır və sovxozda əmək fəaliyyətini davam etdirir. 1990-cı ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olur. 1992-ci ildə

təhsilini yarımçıq qoyub könüllü olaraq Milli Ordu sıralarına daxil olur. Onun qorxmazlığı, cəsurluğu elə ilk günlərdən diqqəti cəlb etmişdi. Ona görə də briqada komandiri onu bölmə komandiri təyin etdi.

B.Ağayev Laçın rayonu ərazilərinin erməni işğalından təmizlənməsində fəal iştirak etməklə Səfiyan, Yuxarı və Aşağı Fərəcan, Mazutlu, Türklər, Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsinin və hərbi texnikasının darmadağın edilməsində əsl qəhrəmanlıq nümunəsi göstərmişdir.

1992-ci il… Avqustun 6-sı… Xanalılar kəndi uğrunda ağır döyüşlər gedirdi. Düşmənin qəfil hücumu… Onun bölməsi mühasirəyə düşür. Cəsur komandir üzünü yoldaşlarına tutaraq deyir: “Biz Vətən uğrunda ölümə gedirik. Ola bilsin, bu döyüş bizim son döyüşümüz olsun”. Bəylər ayağa qalxıb, döyüş yoldaşları ilə birlikdə hücuma keçir. Cəsur döyüşçülər düşmənin xeyli canlı qüvvəsini məhv edir və özləri də qəhrəmancasına həlak olurlar.

Subay idi.

Qarağaclı kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Qaracallı kənd orta məktəbi onun adını daşıyır. Bu kənd hazırda erməni işğalı altındadır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 21-22

1969-cu il fevralın 3-də Qarağaclı kəndində anadan olmuşdu. 1985-ci ildə Qaracallı Orta Məktəbini bitirdikdən sonra iki il sovxozda fəhlə işləmişdi. 1987-89-cu illərdə sovet orducu sıralarında Almaniya Demokratik Respublikasında xidmət etmişdi. Vətənə qayıtdıqdan sonra yenə doğma sovxozda əmək fəaliyyətini davam etdirmişdi. 1990-cı ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdu. Azərbaycanın Milli ordusu yarananda Bəylərin sevincinin həddi-hüdudu yox idi. O, 1992-ci ilin əvvəlində təhsilini yarımçıq qoyaraq, konüllü surətdə milli ordu sıralarına daxil oldu. Onun uşaqlıq dostları da öz vədlərinə əməl etdilər. Bəylər yüksək hərbi biliyi və intizamı, cəsurluğu, igidliyi ilə yoldaşlarından fərqlənirdi. Tabor və briqada komandirləri, Müdafiə Nazirliyi qəhrəman döyüşçü kimi Bəylər Tapdıq oğlunu dəfələrlə mükafatlandırmış, onu bölmə komandiri təyin etmişdi.

Bəylər Ağayev Laçın torpaqlarının azad edilməsi uğrundakı qanlı döyüşlərdə fəal iştirak etmişdi. Laçın rayonunun Səfiyan, Yuxarı və Aşağı Fərəcan, Mazutlu, Türklər, Suarası və başqa kəndlərində erməni işğalçılarının darmadağın edilməsində əsl qəhrəmanlıq nümunələri göstərmişdi.
1992-ci il avqustun 6-da Xanalılar kəndi uğrunda gedən şiddətli vuruşmada igid komandir Bəylər Ağayevin bölməsi gözlənilmədən düşmən mühasirəsinə düşdü. Bəylər üzünü döyüşçü dostlarına tutdu: “İgidlərim, namərd düşmən əlinə keçməmək üçün mühasirəni yarmalıyıq. Ola bilsin ki, bu, bizim son doyüşümüzdü. Biz bu doyüşdə ölümlə də üzləşə bilərik. Qoy olsun! Biz Vətən uğrunda ölümə gedirik. Amma qələbəyə gedirik. Azərbaycan uğrunda, igidlərim! Vətən uğrunda, irəli!” Komandir ayağa qalxıb, qabağa düшdü. Bölmənin doyüшçüləri komandirin arxasınca hücuma keçib mühasirəni yardılar. Cəsur doyüşçülər qranatamyot və qranatla düşmənin xeyli hərbi texinkascı və canlı qüvvəsnin məhv etdilər, özləri də qəhrəmanlıqla həlak oldular. İgid komandir və onun yoldaşları Qarağaclı kəndindəki  Şəhidlər xiyabanında dəfn edildi. Vətən bölmənin igid döyüşçülərinin  hünərini yüksək qiymətləndirdi. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Qaracallı Orta Məktəbi onun adını daşıyır.
Nişanlı idi. Toy tədarükü görülmüşdü. Cəbhəyə hazırlaşanda atası söz salmışdı. Bəylər demişdi ki, inşallah, toyu qələbədən sonra edərik.
Mən getdim sonam qaldı,
Oduma yanan qaldı,
Nə dünyadan kam aldım,
Nə bir nişanam qaldı.
Yox! Qəhrəmanlar, şəhidlər ölmürlər. Onlar əbədi yaşayırlar.

Əd.: Tarıyel Cahangir “Vətən oğul istəyəndə”, “Günəş” nəşriyyatı, Bakı, 1998, s.26-27