Ağdam şəhərinə daha 90 ailə köçürülüb 

Baş nazir Əli Əsədov Bakıda keçirilən TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb
Azərbaycanda rəsmi statistikanın inkişafına dair beş illik Dövlət Proqramı təsdiqlənib
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 90 ailə – 346 nəfər köçürülüb.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

AZƏRTAC