“Ağıllı sərhəd” layihəsinin tətbiqinə başlanılacağı tarix açıqlanıb

Prezident Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edib
Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər
Gürcü telejurnalist: Ermənilərin uzun illər işğal altında saxladığı ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır

“Azərbaycanda “Ağıllı sərhəd” layihəsinin tətbiqinə iyunun 1-dən başlanılması gözlənilir”.

Bunu “Report”a  Dövlət Gömrük Komitəsinin sədr müaviniİqbal Babayev məlumat verib.

Onun sözlərinə görə, sözügedən layihə böyükdür və bir neçə komponentləri var: “Məqsəd – sərnişinlərin sürətli keçidini təmin etməkdir”.

İ.Babayev vurğulayıb ki, bu, elektron növbə sistemi əsasında həyata keçiriləcək: “Belə ki, hava limanında tətbiq edilən keçidlərin hamısı quru sərhəddə də olacaq”.

O, “Ağıllı sərhəd” layihəsinin həm ödənişli, həm də ödənişsiz ola biləcəyini qeyd edib: “Bu işlər üçün quru sərhədlərimizdə bütün infrastruktur yaradılıb. Hazırda sözügedən infrastrukturun təkmilləşdirilməsi işləri gedir. Sərhəddə hazırda avtomobil 4-5 dəqiqəyə keçilirdisə, elektron sistemdə dayanmadan keçid təmin ediləcək. Əvvəlcədən həm mobil telefon, həm də kompüter vasitəsilə bizim saytımızın üzərindən nömrə götürələcək”.