Aİ komissarı: Azərbaycanla əməkdaşlığımız qaz təchizatımızın şaxələndirilməsində mühüm rol oynayır

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı
Bakıda Beynəlxalq Enerji Xartiyası ölkələrinin nazirlərinin görüşü keçiriləcək
Bahar Muradova: 2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət daxil olub

Bizim Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanla əməkdaşlığımız qaz təchizatımızın şaxələndirilməsində və Rusiya qazından asılılığımızın azaldılmasında mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.

O, Azərbaycandan kəmərlə gələn qazın növbəti illərdə Avropa İttifaqının xalis sıfıra keçid prosesində mühüm rol oynayacağına ümidvar olduğunu qeyd edərək deyib: “Bu səbəbdən ticarət sahəsində əməkdaşlığımızın həcmini artırmaq istəyirik. Eyni zamanda, həmin dəhlizin əməliyyatlarına nəzarət, qaz sektorunda təkmilləşdirmə işlərinin aparılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və elektrik enerji şəbəkəsinin inkişafı bizim əsas məqsədlərimiz arasındadır. Lakin fəaliyyətimiz yalnız böhranın idarə edilməsi ilə məhdudlaşmır – biz gələcək üçün strateji yollar müəyyən etməliyik. Bu baxımdan, Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında yaşıl enerji dəhlizinin inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Bu sahədə müxtəlif ideyalar, texnologiyalar və marşrutlar mövcuddur. İndi əsas vəzifəmiz bu perspektivli ideyaları bir araya gətirərək yaşıl enerji dəhlizinin səmərəli fəaliyyətini təmin etməkdir. Bu istiqamətdə böyük potensial və əməkdaşlıq ruhu mövcuddur və hər iki tərəf bu təşəbbüsdə maraqlıdır”.

AZƏRTAC