“Ailə institutunun möhkəmləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsinin icrasına başlanıb

QDİƏT PA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək
Müdafiə Nazirliyi: Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur
Bələdiyyə seçkiləri: Saat 17.00-a olan seçici fəallığı açıqlanıb

“İnsan hüquqları üzrə İctimai Şura” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ailə institutunun möhkəmləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsinin icrasına başlamışdır. Layihə 18 yaşdan yuxarı ailə qurmağa hazırlaşan və ya krizis dövrü sayılan 3-5 il müddət ərzində evli olan gənc ailələri əhatə edəcəkdir. Layihənin əsas məqsədi ailə qurmağa hazırlaşan gənclərə bu sahədə psixoloji dəstək verilməsi, ailə hüququ sahəsində gənclərin maarifləndirilməsi, ailənin dayaqlarının möhkəmlənməsində nikah müqaviləsinin rolunu, əhəmiyyətini göstərmək, ailə qurmazdan əvvəl tərəflərin nikah müqaviləsi bağlamasının vacibliyini təbliğ etməkdən ibarətdir. 3 ay davam edəcək layihə çərçivəsində Bakı, Şirvan şəhərlərində və Xaçmaz rayonunda seminar-məşğələlər keçiriləcəkdir. Layihə çərçivəsində əlavə olaraq 40 gəncə fərdi hüquqi və psixoloji yardımlar göstərilməsi nəzərdə tutulmuşdur.

 

Mətbuat Xidməti