2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini açıqlandı

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşrə göndərilib
Müdafiə naziri: “Münaqişə tezliklə ədalətli həll olunmazsa, düşmən Ordumuzun gücünü öz üzərində hiss edəcəkdir”
Azərbaycanda koronavirusa 2237 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 13, 14-ü Ramazan bayramı, iyulun 20, 21-i Qurban bayramı günləri müəyyən edilsin.

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab edilmir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri